"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Suriyanın Deyr əz Zor vilayətində iki nəfəri edam edib.

Unikal.org Al Arabia-ya istinadən bildirir ki, "casusluqda və xəyanətdə" suçlanan iki nəfər şəhərin mərkəzi meydanlarından birində çarmıxa çəkilib.

Az sonra terrorçulardan biri həmin şəxslərə yaxınlaşıb, əlindəki Glock tapançasından bu zavallıların alınlarına atəş açaraq onları qətlə yetirib.

İŞİD son iki həftədə 235 nəfəri edam edib.