İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD terrorçularından azad edilməsinə yönəlmiş genişmiqyaslı əməliyyat davam edir.

Unikal.org Al Arabia-ya istinadən bildirir ki, İŞİD şəhər uğrunda döyüşlərdə ABŞ istehsalı olan M1 Abrams tankını vurub.

Tank Rusiya istehsalı olan 9M133 Kornet tank əleyhinə raket qurğusundan açılan atəşlə partladılıb.

İŞİD Mosul şəhərini 2014-cü ildə ələ keçirmişdi.