Erməni silahlı birləşmələri cəbhədə təxribat törətməkdə davam edir.
Unikal.org apa-ya istinadən məlumatına görə, ermənilər son günlər Goranboyun Tapqaraqoyunlu kəndini mütəmadi atəşə tutur. Atəşə məruz qalanlar isə əsasən mülki obyektlərdir.
Belə ki, işğalçıların mal-qara otaran çobanları atəşə tutması nəticəsində kənd sakini Behbud Aslanova məxsus 1 baş iribuynuzlu heyvan tələf olub.