Hafiz Hacıyev: "Vaxtilə Hadı Rəcəbli deyildimi, satqın Əlikram Hümbətovun yanında olan?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Hadı Rəcəbli müsahibəsində narazılıq yadan fikir səsləndirib.

Onun "Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, popilizmdir deməsi siyasilər tərəfində də narazılıqla qarşılanıb.

Bildergebnis für hafiz hacıyevMüasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deputat səsləndirdiyi fikirlərə qarşı sərt mövqe sərgiləyib. O, Unikal.org-a açıqlamasında bunları deyib: "Hadı Rəcəblinin Azərbacan xalqından oğurladıqları və birilərinə yaltaqlanmaqla milyardlar qazanması onu ölkədə böyük bir mülkədara çevirib. Ona görə də, nə vətəndaş sayır, nə Qarabağ əlili. Vaxtilə Hadı Rəcəbli deyildimi, satqın Əlikram Hümbətovun yanında olan? Hadı Rəcəblinin Qarbağ əlillərinin, digər insanların sosial təminat məsələsindən danışmağa mənəvi haqqı yoxdur. O, villalarda eyş-işrət içində yaşayır. Haradan bilsin ki, Qarabağ əlili nə əziyyət çəkir?. Mən Qarabağ əlillərini partiyamızın ofisinə dəvət edirəm. Bu barədə ölkə prezidentə müraciət edəcəyəm ki, Hadı Rəcəbli və onun kimilər indi də Qarbağ əlilləri vasitəsi provakasiya edirlər. İstəyirlər ki, Qarbağ əlillərini prezidentə qarşı qaldırsınlar. Mən buna yol verməyəcəyəm. Hadı Rəcəblinin villaları, obyektləri əlindən alınmalıdır. Bu adam deputat maaşı ilə bu qədər obyektə və villalara necə sahib olub?.