Sabahdan Bakı-Sumqayıt qatarının bileti 1 manat 20 qəpik olacaq. 

Hər gün bu qatarlardan Sumqayıtdan Bakıya üz tutan 1500-ə yaxın sərnişin istifadə edir. 

İqtisadçı ekspert Fərid Ağahüseynov hesab edir ki, qiymətlərin endirilməsi Dəmiryol İdarəsinə əlavə qazanc gətirəcək. Sərnişinlər isə biznes-klass sinfində qiymətin endirilməsini elə də əhəmiyyətli hadisə hesab etmirlər. Onların əksəriyyəti qiyməti 80 qəpiyə olan standart sinfindən istifadə etdiklərini deyirlər. Çünki bu siniflər arasında xidmət səviyyəsinə görə elə də fərq görmürlər.

Paytaxtda universitetlərdən birində təhsil alan tələbə Sevinc Nuriyeva hər gün bu qatarın xidmətindən istifadə edir. O, düşünür ki, biznes-klass sinfində qiymətlər düşərsə, həmin xidmətdən istifadə edə bilər. Dəyişiklik yalnız qiymətlərdə olmayacaq. 

Qiymətin endirilməsinin bizness-klass sinfindən istifadə edənlərin sayında artıma səbəb olacağı ilə bağlı fikirlərə gəldikdə isə bunu zaman göstərəcək.