ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirby Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş və bir neçə millət vəkillərinin həbsini pislədilərini dilə gətirib.

Unikal.org türkiyə mətbuatına istinadən bildirir ki, Kirby, paytaxt Vaşinqtonda təşkil etdiyi gündəlik mətbuat konfransında, Diyarbakırın Bağlar mahalında təşkil edilən hücumu qınadıqlarını deyib.
Kirby, hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı, yaralananlara tezliklə sağalmasını dilə gətirib. Kirby bir daha bəyan edib ki, ABŞ olaraq biz PKK-ya dostumuz və müttəfiqimiz Türkiyəyə qarşı mənasız, mərhəmətsiz hücumlarını dayandırmaq çağırışı edirik.

"Həmçinin Türkiyədə həbs olunan HDP sədri və digər millət vəkillərinin, o cümlədən internet girişinin əngəlləməsini də pisləyirik.

Türkiyədə demokratiya yolu ilə seçilmiş millət vəkillərinin həbsi qəbul edilməzdir. Bu beynəlxalq hüquqa və Türk xalqına hörmətsizlikdir. Bu cür gediş Türkiyənin demokratiyasına və iqtisadi rifahının pisləşməsinə gətirib çıxaracaq".