Şəki rayon sakininin evindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən dini ədəbiyyat və disklər götürülüb.

Unikal.org-un məlumatına görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-də Turan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Əliyevin evinə baxış zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən 28 ədəd dini ədəbiyyat və 2 ədəd disk aşkar edilərək götürülüb.