Könüllü tibbi sığorta bahalaşıb. Sığorta şirkətləri bunu tibbi sığorta xərclərinin artması ilə əlaqələndirirlər.
Unikal.org xəzərxəbər-ə istinadən xəbər verir ki, belə ki, manatın məzənnəsindəki dəyişikliklərlə əlaqədar son bir ildə dərmanların qiyməti 20-30 % artıb. Bu da öz növbəsində sığorta qiymətlərinə təsir edir.
Sığorta eksperti Daşdəmir Niftəliyev deyir ki, bahalaşma təkcə dərmanlarda deyil, tibbi xidmətlərin də qiyməti artıb.
Ona görə də hazırda bazarda tibbi sığorta 40-50 faizə qədər bahalaşıb.
Ekspertlər onu da vurğulayırlar ki, ölkəmizdə tibbi sığortanı daha çox fiziki şəxslər deyil, firmalar elətdirirlər.