Tütün və tütün məmulatlarının reklamının tam qadağan olunması Azərbaycan istehsalı olan siqaretlərin ucuzlaşmasına səbəb ola bilər.

Unikal.org xəbər verir ki, bu sözləri Trend-ə böyük tütün şirkətlərindən birinin idarə heyətinin sədri deyib.

Onun sözlərinə görə, reklamın qadağan olunması, əsasən, yerli istehsalçıların satış həcminə mənfi təsir göstərəcək, çünki məşhur xarici şirkətlər yerli bazarda artıq kifayət qədər tanınır.

Tütün və tütün məmulatlarının reklamının qadağan olunması barədə qanun layihəsi parlamentin plenar iclasında müzakirə olunacaq.