Kayseridə ər arvadını öldürüb.
Unikal.org Türkiyə mətbuatına istinadla bildirir ki, Cezmi Dursun ondan boşanmaq istəyən xanımı Ümmügülsüm Dursunu ov tüfəngi ilə öldürüb.
Cezminin məhkəməsi baş tutub. O, məhkəmədə ağlayaraq ifadə verib:
"Kənddə haqqında artıq-əksik dedi-qodular yayılmışdı. Onu iş yoldaşının maşınına minərkən görənlər var idi.
Bir dəfə tətilə gedəndə mənə dedi ki, gəlmə. İki gün sonra da zəng edib boşanmaq istədiyini söylədi. Onu görməyə gedəndə mənimlə danışmaq istəmədi. Sonra yataq otağını göstərib, "mən başqası ilə yatıram, haqqımda yayılan dedi-qodular doğrudur", - dedi, öldürdüm".
Qeyd edək ki, məhkəmə növbəti aya ertələnib.