"Fuad Poladovu əvəz etmək çətindir- bunu aznews.az-a açıqlamasında Əməkdar İncəsənət Xadimi "Ağa Məhəmməd Şah Qacar əsərinin müəllifi Əli Əmirli deyib.
Unikal.org bildirir ki, onun fikrincə, F.Poladov kimi istedadlı bir aktyorun səhnədən getməsi Akademik Milli Dram Teatrının xeyrinə deyil:
"Təəssüflənirəm, belə bir əsər oynanılmır. Bu əlbəttə ki, məni narahat edir. Amma mən reallıqla hesablaşan adamam. Fuad Poladov teatrdan gedib. Onun baş rolda oynadığı tamaşalar hələlik repertuarda yoxdur. Teatrın rəhbərliyi bu məsələ ilə bağlı düşünüb bir tədbir görəcək. Buna əminəm.
Ə.Əmirli teatrın daxilində baş verən hadisələrlə bağlı fikir bildirmək istəmədiyini qeyd edib. Xalq artisti Fuad Poladov ötən ay Akademik Milli Dram Teatrından ayrılıb. O, bu addımı teatrdan qovulan aktyor Hikmət Rəhimova qarşı edilən haqsızlığa etiraz əlaməti olaraq atdığını deyib.