Prezident İlham Əliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, sərəncamla Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Nayfalı oğlu Quliyev vəzifəsindən azad edilib.

Xatırladaq ki, Mahmud Quliyev bir müddət əvvəl vətəndaşları təhqir etməsi və söyməsilə gündəmə gəlmişdi. Hesab edirik ki, bu ölkə başçısının məmurların vətəndaşlara düzgün münasibət göstərməsinə yönəlik addımdır. 
Prezident bundan sonra da vəzifəli şəxslər qanunu pozurlarsa, vəzifə borclarını yerinə yetirə bilmirlərsə, mütləq cəzalandıracaq.