AFFA İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Birinci divizionun 11-ci turunun "Səbail - "Zaqatala matçında "Zaqatalanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun "Ağsu - "Rəvan matçının 77-ci dəqiqəsində "Rəvannın futbolçusu Zahid Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun MOİK - "Turan Tovuz matçının 73-cü dəqiqəsində MOİK-in futbolçusu Orxan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Oyunun 3-cü dəqiqəsində "Turan Tovuz klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun "Qaradağ Lökbatan - "Mil-Muğan matçının 82-ci dəqiqəsində "Mil-Muğanın futbolçusu Ramazan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Oyunun 40-cı dəqiqəsində "Qaradağ Lökbatan klubunun baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 80 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun "Göyəzən - "Bakılı matçında "Bakılının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun "Şərurspor - "Şahdağ matçının 90+2-ci dəqiqəsində "Şahdağın futbolçusu Ramil Mansurov və "Şərursporun futbolçusu Musa Rəhimov bir-birilərini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, klublar 160 manat cərimə olunub.