İngiltərənin "Arsenal" komandası heyətinə yeni futbolçu cəlb edib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi Portuqaliya "Sportinq"indən Viktor Qyökereşin keçidini rəsmiləşdirib.

İsveç millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.

Məlumata görə, bu transfer "topçular"a 63,5 milyon avro + 10 milyon bonusa başa gəlib.