26.07.2025-ci il tarixində saat 19:30 radələrində Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən "Unikal"a bildirilib ki, 2006-cı il təvəllüdlü şəxsə sol qamış sümüyünün qapalı sınığı, 3-4-5-ci qabırğaların sınığı və başın açıq yarası diaqnozu təyin olunub.
Müalicəsi Travmatologiya şöbəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
*** 22:31
Qubada məzuniyyətə gələn əsgəri maşın vurub.
"Unikal"ın məlumatına görə, Quba rayonunun Rustov kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, hərbi xidmətdən məzuniyyətə gələn əsgər 18 yaşlı Bayramov Pərvin Pərviz oğlunu avtomobil vurub. O, müxtəlif dərəcəli xəsarətlər alaraq Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Asiman Qaraca