Güləş üzrə Avropa çempionu, Birinci Avropa Oyunlarının qızıl medalçısı Rəsul Çunayev əməliyyat olunub.
Unikal.org xəbər verir ki, idmançı "İnstagram"səhifəsində xəstə yatağında olan şəklini paylaşıb.
"25 yaşımda 4-cü əməliyyatı keçirdim. Belə getsə əməliyyat üzrə yarışlara qatılacağam. Bəzi ağzı göyçəklər də elə bilir Rəsul kefdədir... Daha bilmirlər ki, hansı zədələrlə çıxıb mübarizə aparıram. Təki əməliyyatla düzələn problemlər olsun. Allaha şükür edirəm".