Xəzər dənizində uzunsürən qasırğalar nəticəsində yüzlərlə suiti ölüb.
Unikal.org "Report"-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Balıqçılıq üzrə Federal Agentliyinin Qərbi-Xəzər Ərazi İdarəsinə istinadən "İnterfax" məlumat yayıb.
"İlkin rəyə görə, Xəzər dənizinin Dağıstan sahilləri boyunca aşkar olunan 300-dən çox suiti, uzunsürət qasırğalar nəticəsində ölüb. Mütəxəssislər müəyyən ediblər ki, bunlar, əsasən yaşlı suitilər olublar və qasırğalar onların təbii ölümünü sürətləndirib", - deyə idarədən bildirilib.