Bakıda intihar hadisəsi baş verib.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Nərimanov rayonu Məmmədov küçəsi 21 ünvanında yaşayan Füzuli rayon sakini, 1963-cü il təvəllüdlü Quliyev Nurəddin Əlirəhman oğlu özünü iki divarın arasına bərkidilmiş borudan kəndirlə asaraq intihar edib. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.
53 yaşlı kişinin hansı səbəbdən həyatına qəst etməsi hələlik məlum deyil.