Əməkdar artist Röya Ayxan ötən gün "Nəsib olsa" verilişinin qonağı olub.
Unikal.org xəbər verir ki, verilişin aparıcısı Nəsib Nur sənətçinin efirə gəlmək istəmədiyini, səhhətində problem olduğunu bildirib: "Bu gün saat bir radələrində Röya ilə əlaqə saxladım. Mənim zəngimə cavab vermədi və yazdı ki, mən həkimdəyəm, gələ bilməyəcəm".
Səhhətində böyük problem olduğunu deyən Röya: "Fəxriyyə xanımın yanında idim. Dedim ki, bu gün getmək istəmirəm, biabır olacağam, çünki oxuya bilmiyəcəyəm. Dedi get bu yağı da götürürsən hər dəqiqə tökürsən boğazına... Reklam fasiləsi zamanı boğazıma tökdüm, amma onun benzin kimi dadı var".