Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr verib.

Unikal.org mia.az-a istinadən xəbər verir ki, nazir Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyevi vəzifədən kənarlaşdırıb.

Ə.Əliyevin vəzifədən kənarlaşdırılması pensiya yaşının çatması ilə bağlı olduğu bildirilir. Hazırda onun yerinə hər hansı bir təyinat olmayıb.

DİN-in sözçüsü Ehsan Zahidov məlumatı təsdiqləyib. O bildirib ki, polis general-mayoru Ə.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun sözlərinə görə, hələlik Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyinat yoxdur.