Ermənistanda hərbçinin meyiti tapılıb.

Unikal.org  "news.am saytına istinadən verdiyi məlumata görə, hadisə Tavuş vilayətində baş verib.

Ermənistan İstintaq Komitəsinin yaydığı xəbərdə bildirilir ki, hərbi hissələrin birində atıcı batalyonun nəzarət-keçid məntəqəsində müqaviləli əsasda xidmət edən İvan Ayrapetyanın meyiti aşkar olunub.

Hərbçinin baş nahiyəsində güllə yaraları olub.

Faktla bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.