Nadir bir xərçəng növü səbəbiylə ölüm ayağında olan 14 yaşındakı bir gənc qızın tələbini məhkəmə qəbul etdi.

Unikal.org xəbər verir ki, İngiltərədə bir ilk olaraq tarixə keçən qərar görə, gənc qız dondurulması üçün ABŞ-a göndərildi.

Bu ilin oktyabr ayında dondurulma əməliyyatı üçün ABŞ-a aparılıb və orada saxlanılacağı deyilir. 

Adı verilməyən Londonlu gənc qız xəstəliyinin son aylarını internetdən dondurulma əməliyyatını araşdırıb. O fikrini belə açıqlayıb:

"Məndən niyə bu qeyri-adi yola əl atmağımı hammı soruşur.  Mən yalnız 14 yaşdayam və ölmək istəmirəm amma ölürəm. Dondurulma, əsrlər sonra belə olsa mənə yaxşılaşma və yenidən oyanma şansı verəcəyini düşünürəm. Torpağın altına basdırılmaq istəmirəm. Yaşamaq, uzun yaşamaq istəyirəm və gələcəkdə xərçənginin üçün bir müalicə tapılacağını və ayılacağımı düşünürəm. Bu şansa sahib olmaq istəyirəm. Bu mənim tək diləyim. "

Gənc qızın atası bu vəziyyətə qarşı çıxıb. "Deyək ki onu 200 il sonra həyata qaytaracaqlar. Heç bir qohumu həyatda olmayacaq və heç bir şeyi xatırlamayacaq. Hələ 14 yaşında olacağından çarəsiz bir vəziyyətdə, ölkəsindən uzaqda ABŞ-da nə edəcək?."

Ancaq ana və ata illər əvvəl ayrıldığından və son illərdə atası qızı ilə heç maraqlanmadığını hakim bu narahatlıqları nəzərə almadan, ananın razılığını müsbət sayıb. 

cryonic training
cryonics