ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişində qonaq olan müğənni Vasif Məhərrəmli övladlarından danışıb.
Unikal.org-un məlumatına görə, ifaçı bildirib ki, qız övladını daha çox sevir:
"Əvvəllər elə bilirdim ki, hər övladın yeri fərqlidir. Sonra anladım ki, elə deyil. 10 uşağım olsa belə eyni cür qayğı göstərərəm. Qız övladına qarşı xüsusi simpatiyam var. Ruslarda belə bir şey var ki, oğlan evlənir gedir, qız evlənir qalır. Mən demirəm belə edəcəm, amma çox gözəl fikirdir. Bizdə kürəkəni öz evinə gətirməyə pis baxırlar. Qızının öz yanında evlənib yaşamasının nəyi pisdir? Qınamasalar, mən də edərəm. Allah imkan versə, qızımı qapı qonşum edəcəm. Əvvəlcə Allah gözəl kürəkən yetirsin, ağıllı biri olsun, var-dövləti olmasa da olar. Bir ata kimi ondan xahiş edərəm ki, o evlər sənin olsun, amma gəl mənim yanımda qal. Bu yaxınlarda bir toyda oldum. Bəyin atası və gəlinin atası bir yerdə idilər. Qızın atası bəyə dedi ki, mən ən böyük hədiyyəmi bu gün sənə verirəm. Səndən bir xahişim var ki, mən ona necə olmuşam sən də elə ol. İnanırsız toyun axırına kimi ağlaya-ağlaya oxumuşam".
Qeyd edək ki, V.Məhərrəmlinin bir qız, bir oğlan övladı var.