Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi yaradılıb.

Unikal.org-un məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin "Ədliyyə orqanlarının inkişafı haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 18 iyun 2016-cı il tarixli fərmanında əksini tapıb.

Ədliyyə Nazirliyinin Aparatının işçilərinin say həddi də artırılıb, 380 ştat vahidindən 420 ştat vahidinə çatdırılıb.