Image result for Zabil MüqabiloğlununQaraciyərində yaranmış problemlərlə bağlı səhhəti kəskin şəkildə pisləşən jurnalist Zabil Müqabiloğlunun sağalması ilə bağlı bütün işlərə dövlət tərəfindən tam dəstək göstəriləcək.

Unikal.org xəbər verir ki, bunu Lent.az-a açıqlamasında millət vəkili Qənirə Paşayevadeyib. Millət vəkilinin sözlərinə görə, jurnalistə qaraciyər köçürülməsi və tam sağalana qədər lazım olan müalicəsinin təminatı üçün səhiyyə naziriOqtay Şirəliyevin qəbulunda olub: "Səhiyyə Naziri ilə özüm şəxsən görüşüb, jurnalist həmkarlar adından müraciət etdim və bildirdim ki, bu məsələdə dövlət dəstəyinə ehtiyac var. NazirOqtay Şirəliyevdə vurğuladı ki, məsələ diqqətdədir və jurnalistin qaraciyər köçürülməsi əməliyyatı, həmçinin, ondan sonrakı müalicəsinə dəstək göstəriləcək.