Əməkdar artist Elza Seyidcahan yenə əlinə qələm alıb  bir yeni şeir yazdı.

Unikal.org sənətçinin şeirini  təqdim edir:

Elza Seyidcahandan Qaymaq olmasaq da....

Qaymaq olmasınlare
Qoy olsunlar qaynaq
Söz gələr, keçər, gedər.
Üz-üzə gülürük yetər
Bir-birimizin ardınca
Mini gələr, çıxar, gedər
Olmayaq biz qaymaq
Qayqanaqdan doğaraq
Olaq biz iti caynaq
Caynaqlarımız ilişsin
Bir-birlərinə girişsin
Qaynaqlanaq, bağlanaq
Düşmənlər daq-daq olsunlar
Çatlasınlar, soyunsunlar
Söyülsünlər
Bir siftədən, bir nüftədən
Yaranmışıq
Yarandıqsa,yaratmışıq
Yaratdıqsa, yaşatmışıq
Yaşatdıqsa yaşamışıq
Xoş-xoş olmamışıqsa
Doymamışıq
Qədəm-qədəm qoymamışıq
Soymamışıq
Hidayət edək yaşlanmışıq
Yaşlaşmışıq
Gəl olaq biz qaynaq
Qaymaq yox cüt caynaq
Bu həyatda dayanaq
Diz üstə
Oyanaq göz üstə
Danışaq baş üstə
Birləşək söz üstə
Uzanaq üz üstə
Yan üstə
Sevişək can üstə
Sən üstə tüstüdə
O üstə istidə
Gəl qaçaq buz üstə
Qaş-gözüm, dodaqlarım
Can püstə
Can, can,can xancan
Xan, xan, xan sancan
Dayıcan, can bibican
Sən atacan, ay anacan!
Bacıcan, qardaşcan
Gəlmişik biz buracan.
Gəl olaq biz baycan