"Buraxılış imtahanlarının nəticələrinə əsasən, bütün ölkə üzrə nəticələr IX siniflə müqayisədə XI sinifdə daha yaxşıdır. Uşaqların səviyyəsinin yaxşı olması üçün tədris prosesi I-IX siniflərdə düzgün qurulmalıdır.

Unikal.org-un xəbərinə görə, bu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Lənkəranda keçirilən seminarda deyib. Onun sözlərinə görə, IX sinfi bitirən və buraxılış imtahanında "2və "3qiyməti alan uşaqların 30%-i sonradan məktəbi atır, X-XI sinifdə oxumur. M. Abbaszadə qeyd edib ki, X-XI sinifdə tədris prosesi yalnız məktəbdə yox, məktəbdənkənarda da keçilir: "Hər bir məktəbdə IX sinfə kimi orta nəticə 30% olarsa, XI sinifdə bu göstərici 40-45% olur. IX sinifdə əldə olunan nəticə XI sinifdə 10-20% arasında artır. Bu isə o deməkdir ki, IX sinfə kimi şagirdin bünövrəsi necədirsə, sonradan valideyn nə etsə də, nə qədər yaxşı müəllimlərə hazırlığa qoysa da, nəticələrə maksimum 20% təsir etmək mümkün olur.