Bu il noyabrın 15-də Ermənistanın 6 hərbi qulluqçusu hələ ki, açıqlanmayan səbəbdənyaralanıb.

Unikal.org report-a istinadən xəbərinə görə, bu barədə Emənistanın "Joğovurd (Xalq) gündəlik qəzeti məlumat yayıb.

Qəzein xəbərinə görə, hərbçilərdən ikisinin vəziyyəti ağırdır.

"Joğovurd qəzeti Ermənistanın müdafiə naziri Viqen Sarqsyana 2-si ağır olmaqla, 6 hərbi qulluqçunun yaralanması hadisəsininhansı şəraitdə və harada baş verdiyi barədə sual verib. Lakin müdafiə naziri belə hadisənin baş vermədiyini və belə bir hadisə haqqında ona məruzə edilmədiyini bildirib.

"Joğovurd qəzeti daha sonraqeyd edir ki, əslində, həmin gün, yəni noyabrın 15-də 2 hərbi qulluqçu ağır bədən travmaları ilə hospitala yerləşdiriliblər. Yerevandakı Hərbi hospitalda Qarabağdan olan Qevorq Seyranoviç Dadasyan və Ermənistanın Kəvər şəhər sakini Roman Araovic Sukiasyan müalicə olunur.

Ermənitan Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Qevorq Altunyan isə bildirib ki, qeyd olunan hərbi qulluqçular müxtəlif vaxtlarda, ayrı-ayrı şəraitdə yaralanıblar. Məlumata görə Qarabağdan olan Qevorq Seyranoviç Dadasyan bir gözünü itirib.