Ukrayna paytaxtı Kiyevin Müstəqillik meydanında nümayişçilərlə polis arasında qarşıdurma baş verib.

Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, insidentə səbəb bir qrup nümayişçinin meydana təkərlər gətirərək yandırması olub.

Hadisə nəticəsində saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, bu gün Ukraynada 2013-cü ildə "Maydan hərəkatının başladığı günlə əlaqədar «Şərəf və Azadlıq Günü» qeyd olunur. Polis nümayişdə 400 nəfərin iştirak etdiyini bildirib.