Bu ilin iki ayı ərzində Azərbaycanda doğulan oğlan uşaqlarına daha çox Yusif (382), Hüseyn (261) və Əli (248) adları verilib.

Unikal.org "Report"a istinadən verdiyi məlumata görə, Ədliyyə Nazirliyindən deyilib ki, ilk beşlikdə Ömər (198), Murad (152) adları da yer alıb.

İlk onluqda yer alan adların sırasında Tunar (147), Ayxan (142), Məhəmməd (139), Uğur (139) və İbrahim (111) adları var.

Bu il doğulan oğlan uşaqlarına verilən adlar arasında Amin (61), Adəm (43), İslam (20), Abdullah (17), Əbəlfəz (18), Cəsur (14) kimi adlar da yer alıb.