Bü gün səhər saatlarında Türkiyənin rəsmi "Türkiyə Cumhurriyəti qəzetində 15 min 726 nəfərin işdən azad olunduğu haqqında xəbər yayımlanıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, fövqaladə hal vəziyyətində yayımlanan Qanun Hökmündə Qərarnamə ilə Quru qoşunlarında 1259, Dəniz Qüvvələrində 391, Türk Hərbi Hava Qüvvələri Komandanlığında 338, Əsas Jandarma Qüvvələrində 403, Emniyet və Genel Müdürlüğündə 7 min 586 nəfər tutduqları vəzifələrdən azad ediliblər.
Bundan başqa, qərarnaməyə əsasən, dövlətin milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərən 550 dərnək, 9 mətbu orqan, 19 səhiyyə qurumunu bağladılıb.