Finlandiyada 11 dövlətin iştirakı ilə kibertəhlükələrlə birgə mübarizə mərkəzi yaradılır.
Unikal.org-un lent.az-a istinadn xəbərinə görə, bu barədə Finlandiyanın Yle teleradio şirkəti məlumat yayıb.
Layihədə Almaniya, Fransa, İsveç, Baltikyanı ölkələr və ABŞ iştirak edir. Ötən həftə Helsinkidə layihə iştirakçıları təsis yığıncağı keçirib. Mərkəzin əsas vəzifəsi kiberhücumların dəf edilməsidir.
Qurumun illik büdcəsi 2 milyon avroya yaxın olacaq. Bu məbləğin önəmli hissəsini mərkəzin yerləşəcəyi Finlandiya ödəyəcək. Qurumun direktoru Finlandiya polisinin nümayəndəsi Matti Saaralaynen təyin olunub.