Konyada Fəttulahçı Terror Təşkilatı istintaqı çərçivəsində barələrində yaxalanma qərarı verilən 60 pilotla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Unikal.org-un Tükiyə KİV-nə istinadən məlumatına görə, 19 rayon üzrə gerçəkləşdirilən əməliyyat zamanı 60 pilot saxlanılıb. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, noyabrın 9-da 8 rayon üzrə təşkil edilən əməliyyatlar zamanı saxlanılan 47 pilotdan 1-i qadın olmaqla 17-si həbs edilib, 30-u isə sərbəst buraxılıb.
Konyada daha əvvəl Ana Jet hərbi bazasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə aralarında pilot da olan 70 əsgər həbs edilib.