Rusiyanın "İsgəndər və S-400 raket komplekslərini Kalininqrad vilayətinə yerləşdirməsi Avropada sabitliyi pozmağa xidmət edir.

Unikal.org xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında deyib.

"Başa düşürük ki, Rusiyanın öz ərazisində nüvə qüvvələrinin təlimini keçirmək hüququ var. Amma "İsgəndər və S-400 raketlərinin Kalininqrada yerləşdirilməsi Avropanın təhlükəsizliyini pozmağa xidmət edir. Biz Rusiyanı Avroatlantik məkanının təhlükəsizliyi və sabitliyinə cavab verməyən addımlardan çəkinməyə çağırırıq, - Kirbi bildirib.