Polşada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Unikal.org bildirir ki, bu barədə "TVN24" telekanalı xəbər verib.
Məlumata görə, hadisə Çenstoxov şəhərinin Rudnik yaşayış məntəqəsində baş verib. Qəza zamanı 2 nəfər həlak olub.
Hadisənin başvermə səbəbləri barəsində məlumat verilmir. Qəza yerində yanğınsöndürmə texnikası işləyir.