"Facebook yaxın günlərdə daha bir yeniliyə imza atacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin qurucusu və rəhbəri Mark Zukerberq özü açıqlama verib.

O, bildirib ki, bundan sonra "Facebookda saxta profil açmaq mümkün olmayacaq.

"Bu günədək saxta profil açanların səhifələri bağlanacaq. Hazırda bunun üçün ciddi işlər görülür, -deyə Zukerberq söyləyib.

O, prosesin necə və hansı formada aparılacağı haqda əlavə məlumat verməyib.