Şirvanda 52 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Şirvan Elektrik Stansiyasında fəhlə işləyən şəhər sakini, 1964-cü il təvəllüdlü Quliyev Vidadi Mustafa oğlu enerji blokunun hündürlüyündən yıxılıb. O, yerindəcə ölüb.
Meyit müayinə olunmaq üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə gətirilib.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.