Nəcibə Məlikovanın anadan olmasının 95 illiyi münasibətilə "Müqəddəs ana obrazının ən yaxşı ifaçısı" adlı tədbir keçirilib.
Unikal.org-un məlumatına görə, tədbir Bakı Şəhər mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 8 nömrəli filialında təşkil olunub. Tədbirdə filialın müdiri Həmayə Əzizova N.Məlikovanın teatrda oynadığı rollardan danışıb. Bildirib ki, Nəcibə xanım teatrla yanaşı, kinoda da uğurlu rollar yaradıb.
Onların arasında "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır"da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərləndirilib.
Tədbirdə aktrisanın ifa etdiyi obrazları əks etdirən fotolardan ibarət sərgi nümayiş etdirilib.