Avropa Parlamentinin sədri Martin Şults tutduğu postdan istefa vermək niyyətindədir.
Unikal.org N24-ə istinadən bildirir ki, o, Almaniya bundestaqına 2017-ci ildə keçiriləcək seçkilərə qatılmaq və Almaniya Sosial-Demokrat Partiyasının Şimali Reyn-Vestfaliya federal əyalətindəki seçki siyahısına başçılıq etmək niyyətindədir.
"Qərarımı qəbul etmişəm. Bundan sonra Avropa Parlamentinin sədri olmaq niyyətində deyiləm. Avropa layihəsi uğrunda milli səviyyədə mübarizə aparmaq fikrim var", - M.Şults deyib.
Almaniya parlamenti olan bundestaqa seçkilər gələn ilin sentyabr ayında keçiriləcək.
Almaniyanın kansleri Angela Merkel də seçkilərə qatılmaq, 4-cü dəfə baş nazir seçilmək fikrindədir.