Ayaqlarının tez-tez tutulduğunu, əllərinin isə bəzən işləmədiyini bildirən Türkiyəli müğənni Sərdar Ortac iki ildir müalicə alsada vəziyyəti hər gün daha da ağırlaşır.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, "MS" (mərkəzi sinir sistemi xəstəliyi) diaqnozu qoyulan müğənninin səhhəti yaxşı deyil. Hava limanında görüntülənən ulduzun güclə gəzdiyi diqqətdən qaçmayıb. Ayaqda güclə dayanan Sərdar dostu Uğur Kirikin qoluna girərək gəzib. Lakin o, kameraları görən kimi dostunun qolunu buraxıb tək başına gəzməyə başlayıb.