Türkiyənin Edirnen Keşan mahalında jandarma tərəfindən edilən əməliyyatlarda lüks avtomobillərlə qeyri-qanuni yollarla xaricə ağ qum midyesi aparanlar tutuldu.
Unikal.org xəbər verir ki, polis Keşan Gelibolu yolu istiqamətindən gələn 2 lüks cipi saxlayıb. Avtomobildə aparılan yoxlama zamanı bazar dəyəri 70 min TL olan təxminən 1,5 ton ağ qum midyesi aşkarlanıb.