ABŞ-ın Los Angeles şəhərində yaşayan İtalyan aktrisa Paola Saulino (27), İtaliyada 4 dekabr tarixində konstitusiyaya dəyişikliyi ilə bağlı keçiriləcək referenduma 'yox' cavabı verən hər kəsə bir 'hədiyyə' verəcəyini açıqlayıb.
Unikal.org xəbər verir ki, sosial mediada şəhvətli fotoşəkillər paylaşan Saulinonun təklifi, məşhur müğənni Madonnanın Hillari Klintonun Amerikaya prezident seçilməsi ərəfəsində verdiyi sözü xatırladıb.
Amerikada Trampın prezident seçilməsindən sonra sözünün üstündə durmayan Madonnadan fərqli olaraq aktirisa sözünü tutacağını deyib: "Gözəl bir hədiyyə vermək üçün hələ şansınız var, sözümdə dayanacağam." ifadələrini istifadə edib. Gənc aktrisa, İtaliya Baş naziri Matteo Renzinin konstitusiyada dəyişiklik nəzərdə tutan siyasətinə qarşı olduğunu açıqlayıb.
Xatırladaq ki, dekabrın 4-də İtaliyada referendum keçiriləcək. Ötən həftə keçirilən sosioloji sorğuya əsasən italyanların böyük əksəriyyəti dövlət idarəçiliyində islahatların əleyhinə səs verəcəklər. Seçkilərin keçirilməsini baş nazir Mateo Renzi təklif edib. Hökumət başçısı hesab edir ki, Senatın səlahiyyətlərinin önəmli hissəsi parlament və baş nazirə verilməlidir.Əgər italyanlar Renzinin təklifinə dəstək verməsələr, baş nazir istefa verəcəyini və erkən seçkilərə gedəcəyini vəd edib.