Türkiyə Suriyada "Fərat qalxanı əməliyyatı çərçivəsində əl-Bab şəhəri ətrafında olan hərbçilərinə hava zərbəsi endirilməsinə cavab verəcək.
Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib. B. Yıldırım deyib ki, bölgədə Türkiyənin İŞİD terror təşkilatı ilə mübarizəsindən məmnun olmayanların olduğu bəllidir: ""Fərat qalxanı əməliyyatı çərçivəsində Əl-Babın ətrafının İŞİD terrorçularından təmizlənməsi üçün Türkiyə ordusunun müxalif Azad Suriya Ordusuna dəstəyi davam edir. Təəssüf ki, dünən gecə hava hücumu nəticəsində 3 əsgərimiz şəhid olub, 10 əsgərimiz yaralanıb. Bəllidir ki, İŞİD-lə mübarizəmizdən məmnun olmayanlar var. Əlbəttə, bu hücumların cavab veriləcək.
Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əl-Bab ətrafında Suriya ordusunun nəzarətində olan bölgədən qırıcı təyyarədən endirilən zərbə nəticəsində 3 əsgərin şəhid olduğu, 10 əsgərin yaralandığı barədə məlumat yayıb.