Suriya ərazisində Türkiyə Silahlı Qüvvələri tərəfindən  aparılan "Fərat Qalxanı əməliyyatında daha 7 Türkiyə hərbçisi yaralanıb. 

Unikal.org-un "Milliyyetə istinadən verdiyi xəbərə görə, "təcili yardım  maşınları ilə sərhəddə gətirilən yaralılar Kilis Şəhər Xəstəxanasına aparılıb. Hərbçilərin hansı şəraitdə yaralandıqları barədə məlumat verilməyib. Hadisənin təffərüatları hələlik açıqlanmayıb.   

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əl-Bab ətrafında Suriya ordusunun nəzarətində olan bölgədən qırıcı təyyarədən endirilən zərbə nəticəsində 3 əsgərin şəhid olduğu, 10 əsgərin yaralandığı barədə məlumat yayıb.