Türkiyə Böyük Millət Məclisində Rusiya ilə parlamentlərarası Dostluq Qrupu yaradılıb.
Unikal.org "Anadoluya istinadən verdiyi xəbərə görə, hakim Ədalət və İnkişaf partiyasından deputat Rəcai Bərbər parlamentlərarası qrupun türkiyəli həmsədri təyin edilib.
"Parlamentlərarası əlaqələr iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynayır. Biz rusiyalı həmkarlarımıza Türkiyə tərəfinin arzu və diləklərini çatdıra biləcəyik. Eyni şeyi onların da etmək imkanı olacaq, - deyə deputat bildirib.
Onun sözlərinə görə, parlamentlərarası dostluq qrupu çərçivəsində qarşılıqlı səfərlər planlaşdırılıb.