Aktyor Burak Özçivit və aktrisa Məryəm Üzerli Dubaya yollanıblar.
Unikal.org türkiyə məlumatına istinadən xəbər verir ki, aktyorlar "Möhtəşəm yüz il" serialının sərgisində iştirak ediblər. Ulduzlar fanatların və medianın xüsusi diqqəti ilə qarşılaşıblar.
Üzerli 300 min dollar (1 milyon lirə), Özçivit isə 450 min dollar (1,5 milyon lirə) qonorar alıb.
Onlarla birgə serialda rol alan digər ulduz Meltem Cumbul da tədbirdə qonaq olub.