Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Unikal.org-un "Hürriyet"ə istinadən verdiyi məlumata görə, tərəflər Suriya böhranının həlli məsələsinimüzakirə ediblər.
Xəbərdə bildirilir ki, Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə həyata keçirdiyi "Fərat qalxanı" hərəkatı çərçivəsində əl-Bab bölgəsindəki əməliyyat zamanıtürk hərbçilərinin hücuma məruz qalması barədə rusiyalı həmkarını məlumatlandırıb.
Məlumata görə, hər iki dövlət başçısı Hələbdəki humanitar böhranın həlli üçün səylərin artırılması barədə razılığa gəlib.