Afrikanın Zimbabve respublikasında maraqlı hadisə yaşanıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Zimbabvenin Maşonaland əyalətinin Mvurvi qəsəbəsində axşam saatlarında Moses Muşonqa adlı bir nəfər Çipo ləqəbli küçə qadınına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb.
Fahişə qadınla cinsi əlaqədə olmaq istədiyini bildirən Muşonqa xidmətin əvəzində son puluyla aldığı iki yumurta təklif edib. Qadın buna etiraz etdikdə isə əliylə onun döşlərinə toxunmağa başlayıb. Kişi etdiyi hərəkətə görə cavabını da alıb.
Belə ki,qadın əlində olan pivə butulkasını kişinin başına çırpıb,ardınca isə yumruqla onu yerə sərib.
Qan içində huşunu itirərək yerə sərilən kişini sonradan ayıltmaq mümkün olub.