Rusiya prezidenti Vladimir Putin amerikalı aktyor Stiven Siqala şəxsən RF vətəndaşının pasportunu təqdim edib.
Unikal.org-un məlumatına görə, bu barədə TASS nəşri yazır.
"Mən sizi təbrik edirəm və ümid edirəm ki, bu balaca hədiyyə bizim ölkələr arasındakı münasibətlərin normallaşmasının əlaməti olacaq, - Rusiya lideri aktyorla görüşü zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Rusiya vətəndaşlığı aktyora peşəkar planlarını həyata keçirməsinə və Rusiyada dostları ilə əlaqə saxlamasına kömək edəcək.