Hindistanda müsəlmanların dini mərasimi zamanı faciə baş verib.

Unikal.org "Lenta"ya istinadən xəbər verir ki, hadisə Uttar-Pradeş ştatının Bayramnaqar kəndində baş verib.

Belə ki, imam Hüseynin şərəfinə verilən ehsan mərasimi zamanı evlərdən birinin eyvanı tamaşaçıların üzərinə uçub. Nəticədə 3 nəfər həlak olub. 24 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan 4-ünün vəziyyəti ağırdır.